Uğursuz Gecə - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi
Uğursuz Gecə kimin eseri? Uğursuz Gecə kitabının yazarı kimdir? Uğursuz Gecə konusu ve anafikri nedir? Uğursuz Gecə kitabı ne anlatıyor? Uğursuz Gecə PDF indirme linki var mı? Uğursuz Gecə kitabının yazarı Elxan Elatlı kimdir? İşte Uğursuz Gecə kitabı özeti, sözleri, yorumları ve incelemesi...
Kitap Künyesi
Yazar: Elxan Elatlı
Yayın Evi: Teas Press
İSBN: 9789952540277
Sayfa Sayısı: 332
Uğursuz Gecə Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başına da getməyə hazırdır. Qardaşları da yeganə bacılarını dünyalarca sevir... Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi isə sevgidən doymayan bu cılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal haradan biləydi ki, bu sərbəstliyi ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da...
Uğursuz Gecə Alıntıları - Sözleri
- -Məni bu həyatda heç kəs anlamadı, heç olmasa, sən anla..
- Şəxsən mənə görə , insan övladının çəkə biləcəyi ən ağır, ən dəhşətli , eyni zamanda, ən uzun əzab vicdan əzabıdır
- Əslində, intihar da qətldir. Elə bir qətl ki, burada qatillə qurbanı eyni adam olur...
- -Əslində, intihar da qətldir..Elə bir qətl ki, burada qatillə qurban eyni adam olur..
- Hazırda ümumən cəmiyyətin mənəvi aşınması gedir, hətta deyərdim ki, bu artıq geriyə dönüşü olmayan bir yola qədəm qoyub...
- "Biz nə qədər ki ölüm adlı prosesin ne olduğunu öyrənə bilməmişik, onu yox olmaqla eyniləştirməməliyik."..
Uğursuz Gecə İncelemesi - Şahsi Yorumlar
Məncə Elxan Elatlıya artıq ara verməyin vaxtı gəldi. Mənim üçün çox maraqlı gəlsədə artıq yazarın dilini tamamilə mənimsədiyim üçün kitabın əvvəllərində qatili təxmini də olsa öz intuisiyamla tapa bilirəm. Sevmədiyim məqamlarda çox oldu, sevdiyim məqamlarda həmçinin. Məsələn namus məsələsinin və xəyanətin qadınlar tərəfindən törədildikdə amansızca qarşılanmasını çox gözəl vurğulayıb. Bir atanın və ya ümumiyyətlə kişi cinsinin əlində bir qadın həyatının məhv edilməsinin 2x2 olduğu açıq aşkar bildirilir. Bir qadın sadəcə həyatda sevilmək üçün çaba göstərir. Sevmədiyim məqama gəldikdə onsuzda hal hazır ki dövrdə evli qadın kişi fərq etməz başqaları ilə əlaqələri normallaşmağa getdiyi bir müddətdə ailəli bir kişinin üstəlik dövlət işçisinin bu qədər yüngül iş tutmasını heç bəyənmədim və mənə görə bir növ adi hal kimidə aşılanır. "Sevgi" adı ilə. Yanaşmam bir az sərt ola bilər ancaq bu mənim şəxsi düşüncəmdir. Bu heçdə Azərbaycan mentalitetinə uyğun deil.Üstəlik bir qadın ərini bu qədər sevdiyi halda asanlıqla necə vurula bilərdi? Bunu sevgi adlandırmaq olardımı? (Gülavət Kərimova)
Yenə maraqlı kitablardan biri. Qatilin kimliyi gözlənilməyən biri . Kitabda hər şey çox yaxşı. Mənim fikrimcə Rüfət personajı mənfi göstərilib amma ki, Cahid ondan heç geri qalmır ailəsinə heç vaxt sərf etmir, onlarla maraqlanmır, başqa birinə aşiq olur. Və özü Rüfəti pisləyir amma ki, özünün ailəsinə etdiyi ən böyük xəyanəti görmür. Kitabda ən böyük ədalətsizlik də budur Cahid evli olmasa kitabdakı hadisələr daha ədalətli olardı. Ümumən oxumağa dəyər. Qısqanclığın çox olması nə hallara gətirə bilər görünür. Və ən əsası Elzamin şəhid olmağı çox təsiredici və bununla 44 günlük müharibə qələbəsi də fəxredici hal. Bunu bizə yaşadan şəhidlərə, qazilərə və hərbiçilərə borcluyuq. Bütün şəhidlərimizə Allah rəhmət eləsin (Narmin)
Yenə olduqca təsirli, olduqca maraqlı və olduqca vətənpər bir ruhda yazılmış Elatlı kitabını bitirdim. Və həmişəki kimi olaraq, yenə də göz yaşlarıma hakim ola bilmədim. Kitab insanda elə bir maraq oyadır ki, insan oxuduqca oxumaq istəyir. Və bunu da deyim ki, sizdən çox xahiş edirəm, bu kitab detektiv əsərdi deyib, adicə, tez-tələsik oxuyub keçməyin. Son vaxtlar baş verən intiharlar, insanların bu olub bitənlərə verdiyi reaksiyalar kitabda elə gözəl və aydın şəkildə əks olunub ki, mənim fikrimcə oxuyub çox böyük nəticə çıxarmaqda fayda var. Kim bilir bir cümlə ilə bir insanın həyatını yaxşı tərəfə necə dəyişdirmək olar. O ki, qaldı kitabda sürən 44 günlük müharibədən bəhs olunması, həmin torpaqların qaytarılması ilə bağlı olan inam insanı həqiqətən də çox təsirləndirir. Elə odur ki, Vətən yolunda canından keçən hər bir Şəhidimizə rəhmət diləyərək kitabdan olan incələməni bitirirəm.. 15.08.20 ( Elzamin): -May ayında mütləq Laçına gedəcəyik! (Blackblood)
Uğursuz Gecə PDF indirme linki var mı?
Elxan Elatlı - Uğursuz Gecə kitabı için internette en çok yapılan aramalardan birisi de Uğursuz Gecə PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Elxan Elatlı Kimdir?
Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.
1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.
2001 yılından beri Bakü de yaşıyor.
Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.
Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.
Elxan Elatlı Kitapları - Eserleri
- Adsız Tablo
- Seçilmiş Cəza
- Ən Yaxın Planet
- Arxalı Canavar
- Qisas Gecəsi
- Cəhənnəmdən Gələn Səs
- Yeddinci Mərtəbədə Qətl
- İtmiş Qızın Axtarışı
- Dilənçi Qadının Sirri
- Ələkeçməz Yaquar
- Pəncərədə Görünən Kölgə
- Bakıdan Gələn Xəfiyyə
- Xəyanət
- Görünməyən İzlər
- Qanunsuz Əməliyyat
- Niyə Susursan, Polkovnik?
- On Dördüncü Adam
- Məhəbbətin Gizli Kodu
- Qan Ləkəsi
- Xəstə ruhlar
- O Gecə Yağış Yağırdı
- Mərtəbələr
- Ölüm Ağacının Kölgəsində
- Eksperiment
- Qanbay Qasımlının Xəfiyyələri
- Armed Mişel
- Yeddinci Mərtəbədə Qətl
- Uğursuz Gecə
- Qan Ləkəsi
Elxan Elatlı Alıntıları - Sözleri
- "Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.".. (Adsız Tablo)
- "Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq..." (Mərtəbələr)
- Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş?!... (Arxalı Canavar)
- Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
- -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
- Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri.... (Niyə Susursan, Polkovnik?)
- "Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq" (Xəstə ruhlar)
- Nə isə... Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş... (Niyə Susursan, Polkovnik?)
- Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
- Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız... (Seçilmiş Cəza)
- -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
- Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
- Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
- Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
- Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur... (Niyə Susursan, Polkovnik?)
- Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
- Doğru deyirsən, qızım, - Qasımlı başını kədərlə tərpətdi, - kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
- Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
- Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı... (Ölüm Ağacının Kölgəsində)
- Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)