diorex
dedas

Qan Ləkəsi - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Qan Ləkəsi kimin eseri? Qan Ləkəsi kitabının yazarı kimdir? Qan Ləkəsi konusu ve anafikri nedir? Qan Ləkəsi kitabı ne anlatıyor? Qan Ləkəsi PDF indirme linki var mı? Qan Ləkəsi kitabının yazarı Elxan Elatlı kimdir? İşte Qan Ləkəsi kitabı özeti, sözleri, yorumları ve incelemesi...

  • 09.12.2022 17:00
Qan Ləkəsi - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Kitap Künyesi

Yazar: Elxan Elatlı

Yayın Evi: Press Nəşriyyat

İSBN: 9789952540024

Sayfa Sayısı: 700

Qan Ləkəsi Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Qan Ləkəsi Alıntıları - Sözleri

  • İstənilən insanın qəlbinin dərinliklərində heyvani hislər yaşayır və onun nə vaxtsa üzə çıxması şəraitdən çox aslıdır.
  • Məhəbbət ruhların bir-birinə qovuşmaq istəyidir. Bəli, məhz istəyi! Çünki, ruhlar heç vaxt bir-birlərinə qovuşmurlar…
  • Xoşbəxt!...Ələmdar özü öz fikrinə acı-acı gülümsədi.Baxır,kim necə başa düşür xoşbəxtliyi.Məltəmin həbsxananın qarşısında dediyi "Amma..." sözünü xatırladı.Elə bu "amma'lar idi adamların,doğurdan da, xoşbəxt olmağına mane olan.......

Qan Ləkəsi İncelemesi - Şahsi Yorumlar

Fikrimcə bu kitab gözəl idi. Əsasən dedektiv janrında oxumağı sevdiyim üçün xoşuma gəldi. Hadisələrin çox qarışıq olması və sonunda məntiqli bir açıqlama taparaq insanı təəccübləndirmə xüsusiyyəti var idi. Bu kitabda sevimlimə çevrilən iki obraz oldu: Allahverdi Əbilov və Ələmdar Məlikov. Əbilovu oxuyanda hamı sevə bilər. Amma kitabın ortalarını keçdikdən sonra Ələmdar haqqında fikirlərim də müsbətə doğru getdi. Amma onu da qeyd edim ki, bəzən Elxan Elatlının zəif yazıçı olduğunu düşünürəm. Məsələn, Elxan Elatlını Dedektiv ustalarından Aqata Kristi ilə müqəyisə etmək istədim, düşündüm ki, onları yan-yana qoymaq belə düzgün olmur. Çünki Aqata Kristi Professional yazıçıdır mənə görə. Ancaq Elxan Elatlını Azərbaycanlı dedektiv ustası olan Çingiz Abdullayevlə müqəyisə etdikdə, Çingiz Abdullayev üstünlüyü daha çox əldə tutur. Çünki Abdullayevin kitablarını sevməmək olmur. (Dedektiv sevənlər əsasən) Kitablarını təcrübəli bir şəkildə yazır və xüsusilə baş vermiş hadisələrdən də yazır. Məsələn "Mavi mələklər" kitabında olanlar bildiyimə görə həqiqətən baş vermiş hadisələrdir. Nəysə, mövzudan çox kənara çıxmaq istəmirəm. Demək istədiyim, yəni əgər əlimdə olsa, Elxan Elatlının bütün kitablarını oxuya bilərəm. Çünki pis yazar demirəm. Sadəcə digərlərinə nisbətən bir az zəifliyi var. Ancaq oxumağa dəyər. (Fidan Cəfərova)

Yazardan oxumağa çalışdığım ilk kitab idi. Uzun müddət idi ki, bunu oxuyurdum və bu gün yarım buraxdım. Hadisələr çox qarışıq idi, həmçinin obrazlar da və məni dəhşət yordu bu kitab. Bundan əlavə, yazarın dili həddindən artıq çox sadə idi, akademik dildə yazılmamışdı. Kitabın mövzusu da ancaq şiddət, zorakılıq, təcavüz, namus, qətl idi. Nədənsə kitabı oxuyarkən məndə belə bir təəssürat yarandı ki, elə bil Azərbaycanın televiziya kanallarında göstərilən hansısa yerli serialı izləyirəm :D Bəlkə də yazarın yanlış kitabı ilə başlamışam oxumağa. (Lamiyə Babazadə)

Qan Ləkəsi PDF indirme linki var mı?

Elxan Elatlı - Qan Ləkəsi kitabı için internette en çok yapılan aramalardan birisi de Qan Ləkəsi PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış. 

1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları - Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları - Sözleri

  • "Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.".. (Adsız Tablo)
  • "Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq..." (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş?!... (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri.... (Niyə Susursan, Polkovnik?)
  • "Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq" (Xəstə ruhlar)
  • Nə isə... Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş... (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız... (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur... (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, - Qasımlı başını kədərlə tərpətdi, - kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı... (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Yorum Yaz