Ölülər - Celil Memmedguluzade Kitap özeti, konusu ve incelemesi
Ölülər kimin eseri? Ölülər kitabının yazarı kimdir? Ölülər konusu ve anafikri nedir? Ölülər kitabı ne anlatıyor? Ölülər PDF indirme linki var mı? Ölülər kitabının yazarı Celil Memmedguluzade kimdir? İşte Ölülər kitabı özeti, sözleri, yorumları ve incelemesi...

Kitap Künyesi
Yazar: Celil Memmedguluzade
Yayın Evi: Qanun Nəşriyyatı
İSBN: 2001105484632
Sayfa Sayısı: 96
Ölülər Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, “ölü dirilərmi?” şübhəsində çaşbaş qalmış Hacı Həsən ağa “Ölülər” pyesinin bədii personajlardır. Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsziliyini tənqid edir. Pyesde Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur.
Ölülər Alıntıları - Sözleri
- Hərkəsin ki elmi var onun bir qəpiyə dəyər hörməti yoxdur, kimin ki hörməti var, onun elmi yoxdur...
- .....az qaliram elə öz əlimlə bir qəbir qazam, girim içinə, yaxam qurtarsın.
- İskəndər (Nazlını qucaqlayır). Ey mәnim gözәl bacım Nazlı. Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim yanıma gәlmirsәn ki, gәzdiyim şәhәrlәrdәn sәnә nağıl elәyim, görәsәn dünyada nә var, nә yox! Bax, hәyәtdә gün çıxıb; sәn ki, o günü görmәyәcәksәn, nәyә lazımdır onun işığı? Çöldә otlar göyәrib, ağaclar çiçәk açıb, amma nәyә lazımdır sәnsiz o çiçәklәr, o çәmәnlәr?
- .....az qaliram elə öz əlimlə bir qəbir qazam, girim içinə, yaxam qurtarsın.
- Ölülər rahat idi. Əsl dirilməli olanlar "yaşayanlar" idi.
- Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz dəriçidən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrat-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib glsinlər və sizin əməllərinizi görüb desinlər: "Tufu sizin üzünüzə!"
- +Cəlal,bilirsən Sokrat nə deyirmiş? -Sokrat kimdi? +Sokrat bir adam idi;çoxdanın adamı idi.Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal edərdim ki,dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm".
Ölülər İncelemesi - Şahsi Yorumlar
"Ölülər" əsərində Cəlil Məmmədquluzadə dövrünün insanlarının cahilliyinə, savadsızlığına, geridüşüncəliliyinə öz etirazını bildirir, günümüzdə də aktual olan bir çox məsələyə toxunur. Ölüləri diriltmək adıyla gündə bir qız uşağını özünə qurban edən Şeyx Nəsrullaha Kefli İsgəndərdən başqa etiraz edən, onun hiyləsini başa düşən heç kəs olmur. Düşünəndə ki, dövrümüzdə də qız uşaqlarının erkən evləndirilməsi, söz demək, şəxsi fikir bildirmək haqlarının olmaması bir çox ailədə davam edir ona görə əsər hələ də öz aktuallığını qoruyur. Hər kəs oxuyub dərs çıxarmalıdır deyə düşünürəm. "Ölülər rahat idi. Əsil oyanmalı olan 'yaşayanlar' idi." (Xəyal)
Cəlil Məmmədquluzadə - Ölülər. Keçmişimizin acı gerçeklərini kefli İSkəndərin dili ilə bizə göstərən, daha doğrusu o dövrün insanlarını avamlıqdan, cahillikdən, qəflət yuxusundan oyatmağa çalışan, lakin bu səbəbdən dinsiz adlandırılan yazarımız və onun tragikomediyası. Yazar o dövrə etirazını İskəndər obrazının dili ilə bildirir, çünkü insanlar "ölüləri dirildə bilirəm" adı ilə şarlatanlıq edən Şeyx Nəsrullaha inanır, o dünyada behiişti qazanmaq ümidi ilə 8-9 yaşındakı qızlarını babaları yaşında insanlarla evləndirirdilər. İskəndər buna nə qədər etiraz etsə də, ona inanmır, əksinə dəli adlandırırdılar. Şeyx ölülərinizi dirildirəm dediyində belə insanlar ən yaxınlarını diriltməyə qorxdular, çünkü hər kəs öz ölüsünün ardından belə haramlığa əl atmış, günah etmişdilər. Əslində bu dramda görünən ən bariz səhnə: Yaşayan insanların ölülərdən heç bir fərqi olmadığı idi. (Kardelen çiçeği)
• yazar/i9622'nin kitap/kitap--168511 piyesi 1909'da yazılmış beş perdelik bir komedidir ve bazı kısımlarını okulda edebiyat derslerimizde gördük. Kendisi Nahçıvan'da doğdu ve büyüdü, Gori Pedagoji Semineri'nden mezun oldu ve birkaç yıl öğretmenlik yaptı. Bir süre köşe yazarı olarak devam ettikten sonra Molla Nesreddin adında siyaset, din, sömürgecilik, batılılaşma ve modernleşme, eğitim ve eğitimin eksikliği ve kadın hakları gibi konuları içeren bir hiciv dergisi kurdu. Yazarımız Azerbaycan ve Ortadoğu'daki ilk kadın hakları ve dil birliğinin güçlü aktivisti olarak tanınmaktadır. Azerbaycanca'nın orijinal kelime dağarcığını Rusça, Farsça ve Osmanlı Türkçesinden ödünç alınmış kelimelerle değiştirerek Azerbaycan dilinin bozulmasına neden oldukları için çağdaşlarının çoğunu kınadı ve buna karşı koymaya çalışsa da ne yazık ki başaramadı. Yazarımız hakkında bu kısa bilgiden sonra kitap incelemesine geçebilirim. Olaylar İrevan (bugün Erivan olarak bilinen) şehrinde oluyor. Ana karakterimiz İsgender şehrin rezaleti olarak tanınıyor. Bunun nedeni, onun "kafirler" arasında ilim tahsili için ayrıldıktan sonra geri döndüğünde her gün sarhoş bir şekilde ortalıkta dolaşıp, insanlarla dalga geçmesiydi. Ama bunun da nedeni vardı. Eğitim alıp döndükten sonra etrafındakilerin ne kadar aptal olduğunu fark etmiş İsgendere göre çevredeki herkes cahildi. İnsanlar kaba, hain, kültürsüz ve eğitimsizdi. Dini bahane olarak kullanan bir şeyh tarafından kandırılan bu millet, ellerinde bunun ne kadar doğru olduğu hakkında bir kanıt olmadan ölülerin dirileceğine inanmış, küçük kızlarını ona vermiş, şehirde kaldığı 4 gün boyunca onu beslemişler. Onun yalanlarını gören tek karakter İsgenderdi ve tabi ki kimse ona inanmamış. Ama insanlar İsgenderin haklı olduğunu anladığında artık çok geçti. Kitap 96 sayfa olmasına rağmen her türlü konuyu içeriyor. Pedofiliden insanların cehaletine, feminist görüşlerden eğitimin önemine kadar bugün hala geçerli olan tüm konulardan bahsetmesi gerçekten hoşuma gitti. Herkesin okuması gereken bir kitap olduğunu düşünüyorum. Yazarlarımızı çok kişinin tanımaması da değişmesi gereken bir durum olduğu fikrindeyim. Söylemek istediğim son şey: kitaptaki "ölüler" gibi olma! Kendini geliştir! Kesinlikle okumanızı tavsiye ederim! Oxuması lazım olan kitab! (Husis)
Ölülər PDF indirme linki var mı?
Celil Memmedguluzade - Ölülər kitabı için internette en çok yapılan aramalardan birisi de Ölülər PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Celil Memmedguluzade Kimdir?
Azerbaycan edebiyatının en ünlü temsilcilerindendir. Kafkasya ve İran'dan Uzakdoğu Asya, Afrika ve Avrupa ülkelerine kadar geniş bir coğrafyada Müslüman dünyasında ilgi ile karşılanan Molla Nasreddin mizah dergisinin (1906-1931) yaratıcısı ve editörü idi. Azerbaycan Edebiyat tarihinde hem kendi adı, hem de 25 yıl boyunca yayınladığı derginin adı olan “Molla Nasreddin" takma adı ile tanınır. Kurduğu derginin çatısı altında realist-demokratik edebî bir mektep kurmuştur. Azerbaycan milliyetçiliğinin oluşmasında etkin rol oynamıştır.
1869'da Nahçıvan’da dünyaya geldi. Babası, Güney Azerbaycan’ın Hoy şehrinden Nahçıvan’a gelip yerleşmiş bir inşaat ustası olan Meşhedî Hüseyinkulu idi.
1887’de Gürcistan'ın Gori şehrindeki “Transkafkaz Müellimler Seminariyası”'nı bitirerek öğretmen oldu. 1887-1897 arasında Nahçıvan köylerinde öğretmenlik yaptı. Öğretmenlik yıllarında köylü kızların okula yönlendirilmesinde, Nehrem Köyünde çalıştığı okulda tarih müzesi kurulmasında, Nahçıvan Ulusal Tiyatrosunun kurulmasında emeği geçti; ilk oyunlarını yazmaya başladı.
1897’de kendi isteği ile öğretmenlikten ayrıldı; emniyet idarelerinde tercüman olarak beş yıl boyunca çalıştı.
1903’te eşini ve anne babasını kaybettikten sonra Tiflis’e yerleşti. Bakü'de ve Tiflis'te Rus dilinde yayınlanan gazetelere gündeme ilişkin makaleler yazmış, tercümeler yapmıştır. 1905'te Azerbaycan Türkçesi ile Novruz adlı gündelik gazete yayınlamak için gereken izini aldı fakat bu izni kullanmadı. Mizahi bir gazete veya dergiye daha fazla ihtiyaç olduğunu görerek 1906'da haftalık Molla Nasreddin adlı mizah dergisini yayınlama izni aldı. Türkiye’de eğitim görmüş arkadaşı Ömer Faik Numanzade ile birlikte satın aldığı ve Gayret Matbaası adını verdikleri matbaada dergiyi çıkarmaya başladılar.
İlk sayısı 7 Nisan 1906'da Tiflis’te yayımlanan Molla Nasreddin, bütün Türk-İslam dünyasında geniş bir okuyucu kitlesine ulaştı. Bazı aralıklarla 25 yıl boyunca Tiflis'te, Tebriz'de, Bakü'de yayın hayatını sürdüren bu dergi, Azerbaycan Türklerinin millî ve siyasi benliklerine kavuşmalarında, halk kitlelerinin cehalet ve fanatizmden uzaklaşmasında önemli bir rol oynamıştır. Bu mecmuanın çevresinde toplanan yazarlar, Azerbaycan edebiyatı tarihinde Mollanasreddinçi Edebiyat olarak bilinen bir edebiyat ve düşünce tarzı oluşturuyorlar.
Memmedkuluzade, bir yandan da öğretmenlik yapmaya devam etti ve Nûmanzâde ile birlikte bir okul açtı. Rus okullarına girmek isteyen Azerbaycanlı öğrencileri sınava hazırladı.
Daha önce iki evlilik yapan ve iki eşini de kaybeden Celil Memmedkuluzade, 1907’de Karabağ Hanları soyundan Hemide Hanım (Cavanşir) ile evlendi, bu evlilikten iki oğlu dünyaya geldi.
1909’da meşhur "Ölüler" komedisini yazdı. Eser ilk defa 1916’da Bakü’de sahnelendi.
1914’te çarlık yönetiminin baskısı ile yayınını durdurmak zorunda kaldığı Molla Nasreddin’i 1917’de Bolşevik devriminden sonra yeniden çıkarmaya başladı. Ancak derginin çıkması için uygun ortam kalmayınca 1918’de eşinin Ağdam’daki Kehrizli köyüne gitti, tarımla uğraştı. Bir yandan da “Anamın Kitabı” ve “Kemanca” komedisi üzerinde çalıştı.
Bolşevikler’in iktidara gelmesi üzerine 1920 Nisan’ında İran’a geçti. Molla Nasreddin’i Ocak 1921’de Tebriz’de yayımlamaya başladı.
Yazar Neriman Nerimanov'dan aldığı resmî davet üzerine, 24 Mayıs 1921'de Bakü'ye döndü. 1922'de "Molla Nesreddin" i Bakü'de yayınlamaya başladı. Aynı zamanda “Yeni Yol” adlı gazetede başyazarlık yaptı. "Lal", "Danabaş Kendinin Mektebi", "Oyunbazlar", "Lanet" gibi dram eserlerini yazdı.
1924'te Yeni Elifba Komitesine seçildi; SSCB'nin Türk cumhuriyetlerini gezerek, yeni alfabe ve çağdaş Azerbaycan Edebiyatı'nın durumu, problemleri ile ilgili konferanslar verdi. 1928'de emekliye ayrıldı.
Artık sadece Molla Nasreddin ile ilgilenmekteydi ancak derginin kontrolü elinden çıkmıştı. Molla Nasreddin, 1925’ten itibaren “Hey’et-i Tahrîriyye” adına çıkarılıyordu; 1930’da ise “Mübariz Allahsızlar İttifakı”’nın yayın organı haline geldi. Bu durumu sert bir dille eleştiren Celil Memmedkuluzade, derginin kapatılmasını veya adının dergiden çıkarılmasını istedi. Böylece dergi, 1931’de kapatıldı.
Celil Memmedkuluzade, 4 Ocak 1932'de kalp krizi geçirerek öldü.
Celil Memmedguluzade Kitapları - Eserleri
- Ölülər
- Danabaş Köyü
- Seçilmiş Eserleri
- Buz
- Poçt Qutusu
- Quzu
- İki alma
- Əsərləri - I Cild
- Hekayələr
- Xatiratım
- Əsərləri - II Cild
- Hekayələr
- Əsərləri - IV Cild
- Əsərləri - III Cild
- Saqqallı Uşaq
Celil Memmedguluzade Alıntıları - Sözleri
- Heyf, heyf sənə, uşaqlıq ! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir. (Danabaş Köyü)
- Mənim kefimi soruşdu və bunu da soruşdu ki, təzə yazı-pozudan yanında bir şey vardırmı?Mən dedim ki, bir şey yoxdur; amma burada yalan dedim.Bir ay bundan qabaq təzə yazdığım " Poçt qutusu" hekayəmin əl yazısı qoltuq cibimdə idi.Ondan ötrü belə dedim ki, mən əsərlərini həvəslə ona-buna göstərən yazıçıları dost tutmaram,bəlkə iyrənərəm.Və Allah şahiddir ki, mənim üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun bunun qabağına tutub nişan verəsən.Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam. "Xatiratım"dan (Əsərləri - IV Cild)
- Dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb? (Əsərləri - IV Cild)
- Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq; çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi "ana" sözünü bir yerdə yazmaqdan utanır; "ana" yerinə "madər" yazır. Ancaq biz "ana" yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanırıq? (Xatiratım)
- Yeddinci: Nə səbəbə İrandan qutu içində gələn ilanlar, İran əhlindən savayı özgələri sancır? (Xatiratım)
- Bəlkə də qaytardılar... (Seçilmiş Eserleri)
- +Cəlal,bilirsən Sokrat nə deyirmiş? -Sokrat kimdi? +Sokrat bir adam idi;çoxdanın adamı idi.Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal edərdim ki,dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm". (Ölülər)
- Zira ki, hər bir elm, hər bir təlim ve tərbiyə Günəşdən də aydındır. (Seçilmiş Eserleri)
- Əlbəttə, elədir, əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhliirfanla dolu olsa idi, o vədə dünyada heç "Molla Nəsrəddin"in özünə də lüzum görsənməzdi; çünki hükəma deyiblər: "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar". (Xatiratım)
- 'Hepimiz Gogol'un Palto'sundan çıktık...' (Danabaş Köyü)
- Müsəlmanlar! Oxudunuzmu və yainki eşitdinizmi Qafqazda və Rusiyada çap olunan xarici qəzetlərdə "İrşad"ın bağlanması xüsusunda yazılan məqalələri?! Oxudunuzmu, eşitdinizmi bizə xaricilər tərəfindən olan məzəmmətləri, töhmətləri?! Və əgər oxudunuzsa,eşitdinizsə sizin qeyrət və namusunuz bunlara tab gətirəcəkmi? Məgər bizdə o qədər qeyrət və namus-milliyyə olmayacaq ki, əqəllən bu töhmətlərin, bu məzəmmətlərin altından çıxaq və aləmə sübut edək ki, bizdə qeyrət, həmiyyət var! (Əsərləri - IV Cild)
- Kişi yumuşaq əlləri ilə sabunlu canımı sığallamaqda idi ki, mən bundan soruşdum: -Adın nədi? -Kişi mənə cavab verdi: -Sarı -Pəs əsil adın nədi? - Kişi yenə qısaca cavab verdi: "Sarı" və su vedrəsini yenə apardı doldurdu, gətirdi tökdü üstümə və öz işinə məşğul oldu. Mən yenə üzümü kişiyə tutub dedim: -Qardaş, bəlkə sən zarafat eləyirsən, mən axı Sarı ad eşitməmişəm. Kişi bu dəfə yenə qəti cavab verdi ki, "Sarı”dı. Mən qalxdım, oturdum taxtın üstə və üzümü tutdum kisəçiyə: -Qardaş, mən hovuza girməyəcəyəm. Səndən mən yerdən-göyə kimi razı oldum. Amma and verirəm səni Həzrət Abbasa, bir məni başa sal görüm sənin adın nədi?Kişi mənə belə cavab verdi: - Nökərin Məşədi Əhməd. - Dedim: - Necə Məşədi Əhməd? Pəs sən deyirdin Sarı? - Xeyr, ağa, adım Məşədi Əhməddi.Mən elə bildim sən sabun soruşursan. Mən elə bildim, sənin xəyalına gəlir ki, bu torbanın içindəki ucuz paltar sabunudu. Xeyr, ağa, əsl sarı sabundu.Yoxsa siz tək ağaların canına mən ucuz sabun vurmaram. * hekayəni qısaldıb yazdım. (Əsərləri - I Cild)
- Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə. Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər. Uşağın şüurlusu dərsdən qaçar. İkiarvadlı ev bərəkətli olar. (Əsərləri - IV Cild)
- Müsәlman hәkim çağırmaq istәyәndә, buradan bilmәk olardı azarlının azarı yüngüldür. Amma "rus hәkimi" gәtirәnlәrin dә mәnası bu idi ki, xәstәnin halı qorxuludur. (Buz)
- Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlər. (Əsərləri - IV Cild)
- -Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza... (Xatiratım)
- Pişik siçanın qabağında aslan olur, pələngin qabağında siçan. Bunun mənası budur ki, axundlarımız avam camaatın başının sahibidir; amma bir naciz qaradovoyun qabağında bir naciz padşah nişanının xatiri üçün qul kimi dururlar. (Xatiratım)
- Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum özgələri ilə nədir karım, Dünyavü cahan ac olur olsun nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da həq dadıma çatsın, Mən salim olum cümlə cahan batsa da batsın; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Salma yadıma söhbəti tarixi cahanı, Əyyami-sələfdən demə bir sözdə filani, Hal isə gətir meyl eləyim dolmanı, nani, Müstəqbəli görmək nə gərək, ömürdü fani; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Övladi vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim ucalsın; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Hər millət edir səfheyi-dünyada tərəqqi, Eylər hərə bir mənzili-məvada tərəqqi, Yorğan-döşəyimə düşə gər yadə tərəqqi, Bizdə edərik aləmi-röyada tərəqqi; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! (Əsərləri - II Cild)
- Hərkəsin ki elmi var onun bir qəpiyə dəyər hörməti yoxdur, kimin ki hörməti var, onun elmi yoxdur... (Ölülər)
- Fələyin zülm oxunu də'f etmək üçün ALLAHın iradəsindən yaxşı qalxan(vasitə) yoxdur. (Seçilmiş Eserleri)