Cabir Novruz kimdir? Cabir Novruz kitapları ve sözleri
Azerbaycan`lı şair Cabir Novruz hayatı araştırılıyor. Peki Cabir Novruz kimdir? Cabir Novruz aslen nerelidir? Cabir Novruz ne zaman, nerede doğdu? Cabir Novruz hayatta mı? İşte Cabir Novruz hayatı... Cabir Novruz yaşıyor mu? Cabir Novruz ne zaman, nerede öldü?
Tam / Gerçek Adı: Cabir Novruzov
Doğum Tarihi: 12 Haziran 1933
Doğum Yeri: Azerbaycan / Hızı
Ölüm Tarihi: 12 Aralık 2002
Ölüm Yeri: Azerbaycan / Bakü
Cabir Novruz kimdir?
Cabir Nevruz, Xızı kasabasının Upa köyünde doğdu. Küçük yaşta babasını kaybetti. Ailesi Gi-lezi'ye göçer. Burada ortaokulu bitiren Cabir Bakû'ye gelerek (1947) Sabir adına Pedagoji Enz-stitüsünü bitirdi. Azerbaycan Yazıcılar İttifakı'nın Moskova'ya göndermesi ile burada Maksim Gorki Edebiyat Enstitüsünü bitirdi (1957).
Baku Akşam Gazetesinde, Azerbaycan Gazetesi şiir bölümünde (1964-67) ve Ulduz dergisinde (1967-70) yılından beri Azerbaycan Yazıcılar Ittifaqı'nın kâtibi ve Azerbaycan Gazetesinin baş redaktörü olarak çalışmaktadır.
İlk şiir kitabı, 'Menim mugamatım' 1958 yılında yayımlanmıştır. Bunu, İllerin ömrü', 'Bizim esr', Telayin töhfeleri', 'Bir dünyam var', 'Adi he-qiqetler', 'Ömür geçir karvan kimi' kitapları iz-lemiştir. Eserler içeşitli dillerde yayımlanmıştır.
Şiirlerinde tabiat ve aşk, büyük yer tutar. Bir çok şiiri bestelenmiştir. Tercümeler de yapan Cabir Nevruz çeşitli nişanlar almış olup, Emektar Sanat Hadimi unvanına sahiptir.
Başlıca eserleri:
Menim mugamatım, Bakı, 1959; İnsan tebieti, Bakı, 1963; Heyat, sen ne qeribesen, Bakı, 1971; Bir dünyam var, Bakı, 1974; İnsan himnleri, Bakı, 1978; Seçilmiş eserleri (iki cildde), Bakı, 1982-83.
Cabir Novruz Kitapları - Eserleri
- Seçilmiş Eserleri
- Sağlığında Qiymət Verin İnsanlara
Cabir Novruz Alıntıları - Sözleri
- Cabir Novruz məhəbbət mövzusunda olan bütün şeirlərini həyat yoldaşı Səfurə xanıma həsr edib. Yaşca özündən xeyli kiçik, özündən çox-çox gənc olan Səfurə xanıma. Lakin bu şeiri qələmə alarkən o hardan bileydi ki, ömür-gün yoldaşı bu dünyanı çox tez tərk edəcək.. Sən elə bir vaxtda rast gəldin mənə, Qurumuş bulağam,bulanmış suyam. Sən elə bir vaxtda rast gəldin mənə, Oxunmus nəğməyəm,çalınmış toyam. Nə gücüm çatdı ki,səndən yapışım, Nə gücüm çatdı ki,səndən qaçam mən. Nə odum oldu ki,yanam alışam, Nə şəhrim oldu ki,cavanlaşam mən. Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün payız vaxtı,xəzəl çağıydı. Sən elə bir vaxtda rast gəldin mənə, Sənin gəncliyinin gözəl çağıydı. Nə deyə bildim ki,tutmaz sevdamız, Nə deyə bildim ki,tutar bizimki. Bizimdir səmada axan o ulduz, O uzaqda itən qatar bizimdir. Sən elə bir vaxtda rast gəldin mənə, Dayanıb durmuşdum yol ayrıcında. Sən elə bir vaxtda rast gəldin mənə, Bir üzüm cavandı,bir üzüm qoca. Nə deyə bildim ki,sevən çağımdır, Nə dedim:sevirəm mənə dayaq ol. Nə deyə bildim ki,mənə yaxın ol, Nə deyə bildim ki,məndən uzaq dur. Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün esq badəsi içilmiş idi. Sən elə bir vaxtda rast gəldin mənə, Mənzilimin çoxu keçilmiş idi. Sən elə bir vaxtda rast gəldin mənə, Bu necə fəsildi,necə vaxt idi? Sən elə bir vaxtda rast gəldin mənə, Bu necə taledi,necə baxt idi. Nə deyə bildim ki,pənahsızam mən, Nə deyə bildim ki,pənah məndədir. Nə deyə bildim ki,günahsızam mən, Nə deyə bildimki günah məndədir. Sən elə bir vaxtda rast gəldin mənə, Özüm öz halıma gülmək istədim. Sən elə bir vaxtda rast gəldin mənə, Təzədən dünyaya gəlmək istədim. (Sağlığında Qiymət Verin İnsanlara)
- Məhəbbət yaşa baxmır; Müdriklər belə deyib. Eh, bəlkə də belədir, Bəlkə də belə deyil. (Sağlığında Qiymət Verin İnsanlara)
- Vaxt keçəcək, dövr edəcək, Qan-qadalı hərb bitəcək, Yağıları qovacağıq bu torpaqdan. Mütləq geri alınacaq Şuşa, Ağdam, Geri alacağıq Kəlbəcəri, Laçını da, Qarabağa bütün Yollar açılacaq. Hərb bitəcək, ağrıları Göynədəcək zaman-zaman. Övladları həlak olan Analarsa bu dəhşətə Dözməyəcək... Hərb bitəcək, Amma onun üstümüzdən Getməyəcək kölgələri. Görən necə böyüyəcək Məmləkətin yüzlər ilə, minlər ilə, Yetim-yetim körpələri?.. Neyləyəcək sevdiyini Qurban verən sevgililər?.. Qəlblərində həsrət, qübar, Nə vaxtacan qara geyib Ağlayacaq nişanlılar?.. Hərb bitəcək, ağrıları Odlayacaq sinəmizi... Şəhidlərin göynəkləri Kəsməyəcək... Onlar bizi and verəcək Bir Allaha, Aldanmasın millət daha... Aldanmasın baxa-baxa, görə-görə Nə daxili, nə xarici Düşmənlərə... Hərb bitəcək, amma onun Bitməyəcək sualları... Vaxt keçəcək, dövr ötəcək, Qan-qadalı hərb bitəcək... İnamım var böyük qələbənin gəlişinə... Onda necə çıxacaqlar Çox xainlər el içinə?.. Soruşuram dönə-dönə, təkrar-təkrar, Hansı üzlə tıxacaqlar Çörəyini bu torpağın?.. Bilməm hansı qəbrə qoyulacaq, Xalq acından saralanda Topdağıtmaz sarayında, Hər gün öpüb əndamını, Göz-qaşını, Öz erməni aşnasını Gizli yerdə yağ içində saxlayanlar, Amma üzdə millət deyib ağlayanlar... Hərb bitəcək, çəkiləcək Ağrıları, qorxuları... Amma heç vaxt bitməyəcək Sualları, sorğuları... (Sağlığında Qiymət Verin İnsanlara)
- Bu gün bircə dərdimiz var - Vətən dərdi… Hamımızı oda yaxar - Vətən dərdi… Dava gedir torpağımda, Şəhid olur yurdumuzun yüz-yüz mərdi, Vətən dərdi qabağında Əfsanədi çörək dərdi,yemək dərdi,gödən dərdi… Bu gün bircə dərdimiz var- Vətən dərdi… Qarı düşmən dizimizi qatlayıbdır, Bütün namus-arımızı tapdayıbdır, Yurdumuzun yarısını bərbad edib, Əsir qalmış el-obalar fəryad edir… Anaların ahı tutub yeri-göyü, Dərd adamı birləşdirir amma niyə, Niyə bizi ayrı salıb Vətən vərdi?... Vətən dərdi olan vaxtı parçalanmaq çətin dərddi… Özümüzdən özgə bizə kömək yoxdur… Birləşməsək,millətimiz demək yoxdur… Demək,onda tayfalarıq,dəstələrik, Bununçun yağı bizi üstələyir, Belimizi qırıb,əyib Dərd adamı birləşdirir, amma niyə Vəlimiz bir yanqa çəkir, Əlimiz bir yana çəkir, Başımız bir yana çəkir, əlimiz bir yana çəkir, Dirimiz bir yana çəkir, ölümüz bir yana çəkir… Yurdumuzda dava gedir, Məmləkətin çevrilibdir altı üstə, Bu ki, milli faciədir, Bizsə dava-dalaşdayıq rütbə üstə, stol üstə, altun üstə… Ən müqəddəs yerlərimiz çıxıb bu gün əlimizdən, Bizsə dava-dalaşdayıq cılız yerlibazlıq üstə… Qurumlar var,dəstələr var neçə adda, Hərənin də öz cəbhəsi,əsl cəbhə çıxıb yaddan… Allah, özün xilas elə, millətimi belə şərdən… Kim olsaydı, vallah, çoxdan birləhərdi… Birləşdi qanlı – bıçaq olanlar da, Lap ağlarda, qaralar da birləşərdi, Birləşməyən yaralarda birdəşərdi… Ola bilməz ana yurdum yad əllərdə zindan, qəfəs… Vətən dərdi qabağında qalan dərdlər, cəfəng, əbəs… Vətən dərdi-yaman dərddir, Vətən dərdi qabağında qalan dərdlər yalan dərddir… Vətən dərdi qabağında nə ev dərdi, nə mal dərdi, nə can dərdi… Bu gün bircə dərdimiz var- o da AZƏRBAYCAN DƏRDİ… (Seçilmiş Eserleri)
- Varsa dostum onda sən de, De görüm kim əbədidir?. Bu dünyada təkcə bir şey, Olum, ölüm əbədidir. (Seçilmiş Eserleri)
- Ay ana, düşürsən tez-tez yadıma, Təzədən dönürəm uşaq oluram. Dizinə baş qoyub bərk-bərk yatıram, Bütün qayğılardan uzaq oluram. Görürəm çiynində yenə də çarşab, O başdan durmusan sübh namazına. Əlində o ulu, müqəddəs kitab, Yenə üz tutmusan göylərə, ana. Məni tapşırırsan Tanrıya bərk-bərk, Tək bircə balanı, şair oğlunu. Deyirsən- Xudaya, ona ol kömək, Xətadan, bəladan gözlə sən onu. Ana, qurban olum dualarına, Tapşır, yaxşı tapşır, Allaha məni. Tapşır, yaxşı tapşır, ana, ay ana, Yurdum talanmasın bir daha mənim. Qurtulum ölümdən, dərddən, kədərdən, Unudum bir yolluq ağrı, acını. Millətim qurtarsın işgəncələrdən, Yağıdan alınsın Şuşam, Laçınım… Keçim Xankəndindən, Kərgicahandan, Şəhid torpaqları bağrıma basım. Şərlər qovulsunlar Azərbaycandan, Bircəciyinində tumu qalmasın… Ana, qurban olum dualarına, Onların sehrini çox görmüşəm mən. Elə körpəlikdən, ana, ay ana, O dualar ilə böyümüşəm mən. Uzaq səfərlərə getdiyim zaman, Gizlicə cibimə dua qoyardın. Məni keçirərdin Quran altından, Sonra min dil ilə ovundurardın. O dualarında bir sirr vardı, Məni hər bəladan qurtarardılar. Məni təyyarələr sağ aparardı, Salamat yanına qaytarardılar. Ana, qurban olum dualarına, Tapşır, yaxşı tapşır Allaha məni. Tapşır, yaxşı tapşır, ana, ay ana, Bir kimsə salmasın günaha məni. Tapşır, hər nanəcib, nadan, heyvərə, Çirkab atmasınlar mənim üstümə. Heç dözə bilmirəm böhtana, şərə, Murdarlıq ruhumu əzir qəstinə. Heç dözə bilmirəm riya görəndə, İblis sifətlərə baxa bilmirəm. Bir yalan çıxmayıb, axı, dilimdən, Mən biclik, xəbislik, axı, bilmirəm. Bəzən də dünyadan üzülür əlim, Tarıma çəkilir beynimdən hər sim. Nə ümidim qalır, nə də təsəllim, Tapşır, Allaha mənə təsəlli versin. Bu boyda kişiyəm ağır anda da, Yenə sən çatırsan dadıma, ana. Mənə dua elə məzarında da Ana, qurban olum dualarına. (Seçilmiş Eserleri)
- Siz gəldiniz, bilirsiniz neylədiniz? Oğul idim, məni ata eylədiniz. Bilirsizmi nələr etdi gəlişiniz? Gəlişiniz qələm çəkdi dincliyimə, Gəlişiniz nöqtə qoydu gəncliyimə. Ölməz şeirləri - oğulları Mirzə, Vüqar və Müfiq'ə ithafən. (Sağlığında Qiymət Verin İnsanlara)
- Tüpürüblər məhəbbətə, İndi hamı pul axtarır... Qızlar düşüb məzənnədən, Bəylər varlı dul axtarır... (Sağlığında Qiymət Verin İnsanlara)
- Sən elə bir vaxtda rast gəldin mənə, Qurumuş bulağam, bulanmış suyam... Sən elə bir vaxtda rast gəldin mənə, Oxunmuş nəğməyəm, çalınmış toyam. Nə gücüm çatdı ki, səndən yapışım, Nə gücüm çatdı ki, səndən qaçam mən... Nə odum oldu ki, yanam, alışam, Nə sehrim oldu ki, cavannaşam mən... Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün payız vaxtı, xəzəl çağıydı... Sən elə bir vaxtda rast gəldin mənə, Sənin gəncliyinin gözəl çağıydı... Nə deyə bildim ki, tutmaz sevdamız, Nə deyə bildim ki, tuta bizimki... Bizimdir səmada axan o ulduz, O uzaqda itən qatar bizimdir... Sən elə bir vaxtda rast gəldin mənə, Dayanıb durmuşdum yol ayrıcında... Sən elə bir vaxtda rast gəldin mənə, Bir üzüm cavandı, bir üzüm qoca... Nə deyə bildim ki, sevən çağımdı, Nə dedim sevirəm, mənə dayaq ol... Nə deyə bildim ki, mənə yaxın dur, Nə deyə bildim ki, məndən uzaq ol... Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi... Sən elə bir vaxtda rast gəldin mənə, Mənzilimin çoxu keçilmiş idi... Nə deyə bildim ki, ürəksən mənə, Nə deyə bildim ki, ürək deyilsən... Nə deyə bildim ki, gərəksən mənə, Nə deyə bildim ki, gərək deyilsən... Sən elə bir vaxtda rast gəldin mənə, Bu necə fəsildi, necə vaxt idi... Sən bir vaxtda rast gəldin mənə, Bu necə taleydi, necə bəxt idi... Nə deyə bildim ki, pənahsızam mən, Nə deyə bildim ki, pənah məndədir... Nə deyə bildim ki, günahsızam mən, Nə deyə bildim ki, günah məndədir... Sən elə bir vaxtda rast gəldin mənə, Özüm öz halıma gülmək istədim... Sən elə bir vaxtda rast gəldin mənə, Təzədən dünyaya gəlmək istədim... (Seçilmiş Eserleri)
- Can istəsə can verin, sevin Azərbaycanı, Qan istəsə qan verin, sevin Azərbaycanı. Dünyada vallah, belə talesiz millət olmaz, Nə qədər saxlayarlar girov Azərbaycanı...? Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz, Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?! Zaman-zaman talayıb, biçib Azərbaycanı, Bizə miras qoydular kiçik Azərbaycanı. (Sağlığında Qiymət Verin İnsanlara)
- İnsanlar anadan təmiz doğulur, Həyatdı korlayan çoxunu, Rəsul... (Seçilmiş Eserleri)
- Gəlişinlə lal sükutu uçurtdun, Bizi çılğın bir aləmə köçürtdün, Dağlar boyda dərdimizi kiçiltdin, Evimizin səhər banı - Səfurəm Mehribanlar mehribanı - Səfurəm... Xırda boyun, gözün, əlin mübarək, Çeşid-çeşid əskilərin mübarək, Evimizə beşik gəlib mübarək, Həsrət idik çoxdan ona - Səfurəm, Nisgilimiz çatdı sona - Səfurəm... Mışıl-mışıl uyuyanda bələkdə, Gözləyirik səni əsən küləkdən, Ağlayırsan sevinirik ürəkdən, Sən güləndə gülüşürük - Səfurəm, Bəxtimizə gör kim düşüb - Səfurəm... Nənə deyir: - çox baxmayın balama, Nəzər dəyər mənim ciyərparama, Göz muncuğu bağlayıbdır qoluna Gözümüzün işığısan - Səfurəm, Bu evin qız uşağısan - Səfurəm... Təzə doğan ayparasan, aypara, Yüngül olsun qədəmlərin, ay bala, Qardaş-bacın düzülsünlər qol-qola, Ocağımız aşıb-daşsın - Səfurəm, Böyük adlı, kiçik yaşlı - Səfurəm... Bizim üçün səndən dadlı gözəl yox, Xislətində nə bir ləkə, nə şər yox, Bu dünyada səndən təmiz bəhər yox, Müqəddəslik heykəlisən - Səfurəm, Bapbalaca bir gəlinsən - Səfurəm... (Seçilmiş Eserleri)
- Sağlığında heykəl qoyun ölməzlərə... Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Ölən kimi yamanlar da yaxşılaşır, Yadlar belə əziz olur ölən kimi. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, Ya ölənmi diriləcək? Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm... Üz tuturam uşaqlara, Qocalara, cavanlara; Sağlığında qiymət verin insanlara. (Sağlığında Qiymət Verin İnsanlara)
- Sağ olanda qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağ olanda yaman deyin yamanlara... (Seçilmiş Eserleri)
- Yaşamaq çətindir, unutmaq asan, Nə qədər canım var, nə qədər sağam... Ölü diriltməyi bacarmasam da, Mən səni ölməyə qoymayacağam, Xatirə olmağa qoymayacağam... (Seçilmiş Eserleri)
- Sən getmisən, sanma sevgim yox olub. O ölməyib, yaşayır,əvvəlki tək. O səninlə, mənim ilədoğulub, O son dəfə mənim iləöləcək. O taledən ikimizin payıdı, İkimizin ürəyində göyərdi Zaman-zaman neçə ildi, ay idi, Hər gün bizim qəlbimizi döyərdi. O düşmüşdü ağızlara, dillərə, Nəğmələrin qanadında uçurdu. Şer olub dolaşırdı elləri, Öz qoynunu sevənlərə açırdı. Müqəddəsdi... yaranmışdı çün haqdan, Onu əyə bilməmişdi bir fələk. Çıxmışdı hər imtahandan, sınaqdan, İki ürək olmuş idi bir ürək. Nə qədər ki, yaşayıram mən varam, O da sağdır, demək o da yaşayır. Ona bir yad nəfəs dəyə,qoymaram, Mən bu yolda ağartmışam başımı. İllər ilə yar qadasın yar alar, İndi biz tək sevən hanı, əzizim? Biz ikimiz o dastanı yaratdıq, Mən, sən yazdıq o dastanı əzizim. O dastanın öz ünvanı, öz adı. Yalnız gülüm, bizim ikimiz olduq, Həmi onun müəllifi, ustadı, Həmi onun qəhrəmanı, biz olduq. Güc alıram daim onun gücündən. Onu yalnız zaman, silə biləcək. O sədadır, o nalədir, içimdə. Yalnız gülüm, o mənimlə öləcək. (Seçilmiş Eserleri)
- Aparsan da bu dünyadan bizi bir-bir, Bəzən səndən xoşum gəlir. Nə zaman ki, bir alçaqdan, bir xəbisdən, Gərəksizdən, diləksizdən, Ürəksizdən bac alırsan, Vicdanını var-dövlətə satanları, Vəzifədən milyon əllə tutanları Nə zaman ki, stolundan qoparırsan, Vəzifəsiz, şan-şöhrətsiz bir aləmə aparırsan, Bax, o zaman gözlərimdə ucalırsan! (Sağlığında Qiymət Verin İnsanlara)
- Əsrlərlə yadellilər, oğrular, Varını ha taladılar, soydular, Nə tükəndin, nə əyildin, ey diyar, Çünki səndə hər bir dərdə dözüm var. (Sağlığında Qiymət Verin İnsanlara)
- Hər günü adınla başlayacağam, Hər günü adınla bitirəcəyəm. Səni röyalarda oxşayacağam, Səni xəyallarda itirəcəyəm. (Seçilmiş Eserleri)